Modulyar və karkaslı tikililər: fərqləri nələrdir?
Ənənəvi tikinti üsulları çox vaxt böyük məbləğlər tələb edir və uzun müddət aparılır. 100 nəfərlik bir yataqxananın tikilməsi aylarla davam edə bilər, bir xəstəxananın tikilməsi isə bundan daha çox vaxt tələb edə bilər. Bu cür ağır və böyük tikililərə etibarlı bünövrə lazımdır ki, onların çəkisini daşısın. Bunun tikintisi isə əlavə xərc və vaxt tələb edir.